525.Az

Rayon məktəbinin uğurları


 

Rayon məktəbinin uğurları<b style="color:red"></b>

Respublikamızda təhsilə olan dövlət qayğısından bəhrələnən Balakən rayonunun ümumtəhsil məktəbləri təhsildə qazandıqları nailiyyətləri  son dövrdə daha da artırıb, özlərinin gərəkli iş fəaliyyəti ilə fərqlənirlər. 

Belə məktəblərdən biri də Nizami adına 1 saylı Balakən şəhər tam orta məktəbidir. Məktəbdə tədris rus və Azərbaycan dillərində aparılır. Məktəbdə 1802 şagirdin təlim tərbiyəsi ilə 147 nəfər müəllim məşğul olur. Məktəbin müəllimlərindən iki nəfəri Əməkdar müəllim, biri isə "Tərəqqi medalı"na layiq görülüb. Əməkdar müəllim Şəfiqə Tütünçiyeva 2002-ci ildən məktəbə rəhbərlik edir. Rəhbərlik etdiyi müddətdə məktəbin pedaqoji kollektivinin rəğbətini qazanıb, məktəbin şagirdlərinin təlimdə, yarışlarda qazandığı uğurlar Nizami adına 1 saylı məktəbin reytinqinin birincilər sırasında qərarlaşmasına imkan verib.

Təhsil Nazirliyinin 2017-ci ildə keçirdiyi fənn olimpiadalarının respublika turunda Afər Qardaşov coğrafiya fənni üzrə, Nurlan Hüseynov riyaziyyat fənni üzrə IV yeri tutmuşdur. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin keçirdiyi "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda  məktəblilərin II müsabiqəsində "Subtropik bitkilər" nominasiyası üzrə Nərmin Omarova, "Heyvandarlıq" nominasiyası üzrə Fəridə Xammədova, "Meyvəçilik Nominasiyası" üzrə Elmir Ustayev, "Arıçılıq" nominasiyası üzrə Gülər Mustafayeva I yerlərə layiq görülüblər.

Məktəbin direktoru Şəfiqə Tütünçiyeva qürur hissi ilə qeyd edir ki, Təhsil Nazirliyinin keçirdiyi "Sabahın alimləri" VI Respublika müsabiqəsində kimya fənni üzrə "Nitratların və nitritlərin orqanizmə təsiri" layihəsində tədqiqatların aparılması sahəsində qazandığı uğurlara görə Fərəh Dibirova nazirliyin təşəkkürnaməsinə layiq görülüb. 2017-ci ildə Fatima Keyseruxskaya Nizami adına  şəhər 1 saylı tam orta məktəbini qızıl medalla bitirib. DİM tərəfindən keçirilən qəbul imtahanından 665 bal toplayaraq  ADA Universitetinin "Dövlət və İctimai münasibətlər" fakültəsinə daxil olub və hazırda oranın tələbəsidir. 2017-2018-ci tədris ilində Kamil Əliyev, Afər Qardaşov, Əli Adıgözəlov məktəbi qızıl medalla bitiriblər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş respublika şahmat festivalında 2019-cu il may ayında Qurban Mahamacanov III yeri, Muxtar Qasımov rus dili fənni üzrə XI Respublika olimpiadaslnda birinci yeri, Müslüm Məmmədov fənn olimpiadalarının Respublika turunda tarix fənni üzrə birinci yeri, Səbinə Daşdəmirova "Vətənin Müdafiəsinə hazıram" adlı rəsm müsabiqəsində birinci yeri, Nihat Abbasov "İxtira Məsələlərinini Həlli Nəzəriyyəsi" müsabiqəsində üçüncü yeri tutublar.

Təhsil Nazirliyinin keçirdiyi "Elektron təhsil" Respublika müsabiqəsində  məktəbin şagirdləri Azər Xəlilov, Nurbəy Balayev "Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs" nominasiyası üzrə fərqləndirildiyinə görə Diplomla təltif olunublar.

Məktəbin idman sahəsində də təqdirə layiq uğurları var. Bakı şəhər gənclər  və idman baş idarəsinin xətti ilə keçirilən Cüdo üzrə 14-15 yaşlılar arasında məktəbin VIII sinif şagirdi Rasul Qarayev Respublika çempionu, Rəsul Süleymanov isə Ciu-Citsu üzrə 14-15 yaşlılar arasında Avropa və dünya cempionu, Ramazan Qarayev isə Azərbaycan Cüdo Federasiyasının yeniyetmələr arasında keçirdiyi region birinciliyində birinci dərəcəli diploma layiq görülüb.

R.AĞABƏYOV

 





20.12.2019    çap et  çap et