Gürcüstan-Ermənistan sərhədində, Yırğançay kəndi yaxınlığında yanğın baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.
Yanğının aradan qaldırılması üzrə tədbirlər bütün gecə ərzində davam etdirilib. Alovun qarşısının alınmasına 80 yanğınsöndürən cəlb olunub. Hazırda yanğın lokallaşdırılıb.
Xidmətdən bildirilib ki, hazırda ölkə ərazisində 10 aktiv yanğın ocağı müşahidə olunur ki, bunun da səbəbi son ayların quraq keçməsidir. Yanğınların söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir. Alovun yaşayış məntəqələrinə doğru yayılması təhlükəsi yoxdur.
çap et