525.Az

Hacıqabulda iki dəfə zəlzələ olub


 

Hacıqabulda iki dəfə zəlzələ olub<b style="color:red"></b>

Dekabrın 24-də Hacıqabul rayonunda iki dəfə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 16:58-də və 17:00-da Əli Bayramlı stansiyasından 32 və 35 km şimal-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. 

Birinci qeydə alınan zəlzələlərin maqnitudası 3.3, dərinliyi 5 km, ikinci zəlzələnin isə maqnitudası 3.5, dərinliyi 5 km olub.

Zəlzələ hiss olunmayıb.

 





24.12.2019    çap et  çap et