525.Az

"Körpüsalanlar" alman dilində


 

"Körpüsalanlar" alman dilində<b style="color:red"></b>

Xalq yazıçısı İlyas Əfəndiyevin 1960-cı ildə yazdığı məşhur "Körpüsalanlar" romanı Azərbaycan ədəbiyyatında hadisəyə çevrilib, haqqında onlarla məqalələr yazılıb, qızğın ədəbi müzakirələrə səbəb olub. Həmin dövrdən etibarən novatorluğuna, səmimiliyinə, yüksək bədii-estetik səviyyəsinə görə oxucuların sevə-sevə oxuduqları bu romana maraq azalmayıb. Əsər dəfələrlə yüksək tirajlarla nəşr olunub, ekranlaşdırılıb, səhnələşdirilib, bir çox xarici dilə tərcümə edilib.

Bu günlərdə İstanbulun "Zengin yayıncılık" nəşriyyatı Mədəniyyət Nazirliyinin layihəsinə uyğun olaraq, "Körpüsalanlar" romanını alman dilində nəşr edib. Nəfis şəkildə çap edilmiş kitabda ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Əsəri alman dilinə Yeliz Geçici çevirib. Rəssam Kaya Oralın tərtibatı ilə nəşr olunmuş kitabın redaktoru Yunger Kieldir.

 

 





24.12.2019    çap et  çap et