525.Az

Azərbaycan Bişkekdə məktəb inşa edəcək


 

Azərbaycan Bişkekdə məktəb inşa edəcək<b style="color:red"></b>

Dekabrın 24-ü Bişkek şəhərində Azərbaycan Respublikası tərəfindən inşa ediləcək 550 yerlik müasir tipli məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Təməlqoyma mərasində Azərbaycanın Qırğız Respublikasında səfiri Hidayət Orucov, Bişkek şəhərinin meri Əziz Surakmatov, vitse-meri Ulanbek Azıqaliyev, Joqorku Kenişin (Parlamentin) deputatları, Bişkek şəhərinin Oktyabr rayonun icra başçısı Maksim Sitnikov, diasporamızın nümaəndələri, şəhər sakinləri və KİV-nin nümayəndələri iştirak ediblər.

Yeni inşa olunacaq məktəbin layihəsi ilə tanış olduqdan sonra qəsəbə sakinləri, Qırğız Respublikasının KİV-lərlə görüşən səfir Hidayət Orucov qarşıdan gələn Yeni İl münasibəti ilə və bu əlamətdar hadisə münasibətilə onları təbrik edbi.

Təməl qoyma mərasimi Bişkek şəhərinin Oktyabr rayonun icra başçısı Maksim Sitnikov açaraq məktəb tikintisinin sakinlər üçün böyük və mühüm hadisə olduğunu bildirib.

Bişkek şəhərinin meri Əziz Surakmatov çıxış edərək məktəbin Azərbaycan xalqının hədiyyəsi olduğunu bildirib, məktəbə Ulu Öndər Heydər Əliyevin adını veriləcəyini qeyd edib. Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə belə bir hədiyə üçün təşəkkür edib. Təməlqoyma mərasiminin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündə baş tutması çox simvolik olduğunu vurğulayaraq şəhər əhalisi adından İlham Əliyevi təbrik edib, möhkəm can sağlığı və uğurlar arzulayıb. Əlavə edib ki, Prezident İlham Əliyev atasının işini layiqincə davam etdirir. Bu nəcib ideyanın yerinə yetirilməsi üçün uzun bir yol fəth edildiyini söyləyib. Bildirib ki, məktəbin eskiz və işçi layihəsini ən müasir tələb və standartların nəzərə alınaraq hazırlanıb. Məktəbdə böyük akt və idman zalları, yeməkxana, kitabxana, dərsdənkənar fəaliyyətlər üçün müasir sinif otaqları və tibb məntəqəsi nəzərdə tutulduğu barədə məlumat verib. Nizami Gəncəvi hikmətlərindən sitat gətirərək dedi: “İnsalara faydalı olmağa çalışın”. Məktəbin Bişkek şəhərinə və Qırğız Respublikasına real fayda gətirəcəyinə əminliyini ifadə edərək səfir Hidayət Orucova layihənin həyata keçirilməsinə verdiyi böyük töhfəyə görə dərin təşəkkür bildirdi və Azərbaycan xalqına sülh və firavanlıq diləyib.

Səfir Hidayət Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini mərasim iştirakçılarına çatdırıb:

«Bişkek şəhərində inşa edilən ümumtəhsil orta məktəbinin təməlqoyma mərasimin iştirakçılarına

Hörmətli mərasim iştirakçıları,

Bişkek şəhərində inşa edilən ümumtəhsil orta məktəbi dostluq və qardaşlığımızın bariz ifadəsidir.

Azərbaycan-Qırğızıstan münasibətləri ortaq tarixə, milli-mənəvi dəyərlərə və ənənələrə malik xalqlarımızın iradəsindən qaynaqlanır.

İnanıram ki bu məktəbdə təhsil alacaq şagirdlər zəngin biliklərə yiyələnərək öz ölkələrinin əsl vətəndaşı kimi yetişəcək, Azərbaycan ilə Qırğızstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına töhvələr verəcəklər”.

Səfir bildirin ki, məktəbin tikiləcəyi ərazini müəyyənləşdirəndə 5 yer təqdim olunub, lakin o şəhərin meri ilə yerin müəyyənləşdirməsi məsələsini dövlət başçılarına məruzə etdikdə, hər iki prezident məktəbin binasının Oktyabr rayonunda tikilməsinə üstünlük veriblər. Çünki 30 min əhalisi olan mikrorayonda 3 növbədə işləyən cəmi bir məktəb var. Vurğulayıb ki, buna görə qardaş ölkələrimizin prezidentləri ən düzgün və məntiqli qərar veriblər və indi ümumtəhsil orta məktəbin təməlinin qoyulmasının şahidi oluruq.

Həmçinin səfir bu məktəbdə işləyəcək müəllimlər, burada təhsil alan uşaqlar və gələcək nəsillər bu əlamətdar hadisəni xatırlayacağına əminliyi ifadə edib. Xüsusilə vurğuladı ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi qardaş dövlətlərimizin başçılarının - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekovun müdrik və uzaqgörən siyasəti üçün prioritet istiqamətlərdir: “Əminik ki, ölkələrimiz arasındakı münasibətlər liderlərimizin rəhbərliyi altında genişlənəcək və möhkəmlənəcək”.

Qırğızıstan Respublikasına xüsusi xidmətlər üçün təqaüdçü, polkovnik Abdırasul Mıraliyev ictimaiyyət adından məktəbin tikintisini xalqlarımızın qardaşlıq bağlarının bir-birinə yaxın olmamasının daha bir sübutu və təsdiqi olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin "Manas" dastanının 1000 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxışından sitat gətirərək qeyd edib: «Manas"ın dili bizim hamımızın dilidir. Biz bir kökdən, bir dildən olan xalqlarıq».

Məktəb binasının təməli Bişkek meri Ə.Surakmatov və səfir Hidayət Orucov tərəfindən qoyulub. Sonra onlar jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

 

 

 





25.12.2019    çap et  çap et