525.Az

Umayra Tağıyeva: "Bu il çoxillik norma ilə müqayisədə yağıntının miqdarı az olub"


 

Umayra Tağıyeva: "Bu il çoxillik norma ilə müqayisədə yağıntının miqdarı az olub"<b style="color:red"></b>

"Azərbaycanda hava anomal isti keçir. Belə ki, qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir".

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva qış fəslinin necə keçəcəyi və iqlim dəyişmələrinin ümumi qiymətləndirilməsi mövzusunda brifinqdə deyib. Onun sözlərinə görə, havanın orta temperaturu çoxillik normadan 3-4 dərəcə yuxarı olub: "Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir. Bununla yanaşı, son 20 ildə 2003-cü ilin 18 dekabr tarixində 22,5 dərəcə qeydə alınıb, bu da rekord göstəricidir".

O qeyd edib ki, çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olub: “Əksər rayonlarda onların miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına yaxın olub - 76-115%".

 





25.12.2019    çap et  çap et