525.Az

Tanınmış jurnalistdən “Gələcəyə ön söz”


 

QULU MƏHƏRRƏMLİNİN PUBLİSİSTİK MƏQALƏLƏR TOPLUSU İŞIQ ÜZÜ GÖRDÜ

Tanınmış jurnalistdən “Gələcəyə ön söz”<b style="color:red"></b>

“Altun kitab” nəşriyyatında tanınmış jurnalist və publicist, professor Qulu Məhərrəmlinin  “Gələcəyə ön söz” adlı kitabı çapdan çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə həsr edilmiş kitabda müəllifin 2013-2019-cu illərdə “Ayna” qəzetində və ayna.az saytında dərc edilmiş publisistik məqalələri toplanmışdır. Müxtəlif mövzuları əhatə edən bu yazılarda yaşadığımız dövrün, cəmiyyətin və ölkənin ən fərqli problemləri, o cümlədən Azərbaycan mediasının problemləri qələmə alınmışdır.

Müasir dünyamızda mövcudluq uğrunda çarpışan insanların üzləşdiyi müxtəlif sosial-mənəvi problemlərdən, müasirlərimizin duyğu və düşüncələrindən bəhs edən bu yazılar bütövlükdə yaşadığımız dövrün mürəkkəb mənzərəsini yaradır.

 Kütləvi tirajla çap edilmiş kitabın redaktoru və ön sözün müəllifi Elçin Şıxlı, bədii tərtibatı Fəridə Ziyadova, dizayneri Səbinə Vəzirovadır.

 

 

 





25.12.2019    çap et  çap et