525.Az

Elşad Abdullayevin yaydığı videolarda adı hallanan şəxs tutulub


 

Elşad Abdullayevin yaydığı videolarda adı hallanan şəxs tutulub<b style="color:red"></b>

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yayımladığı videolarda adı hallanan şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının  Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirsahib Məcidov tutulub.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, M. Məcidov fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.

 





11.11.2013    çap et  çap et