525.Az

Yağış yağacaq


 

Yağış yağacaq<b style="color:red"></b>

Noyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında cənub şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 13-17 dərəcə isti olacaq.
 
Bölgələrdə və biz yerlərdə isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.
 
Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

 





11.11.2013    çap et  çap et