525.Az

Formula 1 və Formula 2 yarışları ilə bağlı mal, iş və xidmətlər 2024-cü ilə qədər ƏDV-dən azad edilib


 

Formula 1 və Formula 2 yarışları ilə bağlı mal, iş və xidmətlər 2024-cü ilə qədər ƏDV-dən azad edilib<b style="color:red"></b>

Azərbaycanda Formula 1 və Formula 2 yarışları ilə bağlı mal, iş və xidmətlər 2024-cü il yanvarın 1-nə qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilir.  

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, Azərbaycanda keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi 2018-ci il yanvarın 1-dən 6 il müddətində ƏDV-dən azad edilib.

 





26.12.2019    çap et  çap et