525.Az

Iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var


 

Iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var<b style="color:red"></b>

Bakıda iki sərnişin avtobusu toqquşub.

APA-nın məlumatına görə, hadisə bu gün səhər Bakı-Salyan şossesinin Səbail rayonu ərazisindən keçən hissəsində, Səbail Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin qarşısında baş verib.
 
88 və 120 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
 
Hadisə yerində araşdırma aparılır.

 





12.11.2013    çap et  çap et