525.Az

Bu il Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib, 13 direktorun iş yeri dəyişdirilib


 

Bu il Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib, 13 direktorun iş yeri dəyişdirilib<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan verilən xəbərə görə, eyni zamanda 13 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Həmçinin çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

18 direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib.

 





27.12.2019    çap et  çap et