525.Az

Daşkəsənin daha üç yaşayış məntəqəsinə qaz verildi


 

284 AİLƏNİN EVİNDƏ İLK DƏFƏ MAVİ YANACAQ ALOVLANDIRILDI

Daşkəsənin daha üç yaşayış məntəqəsinə qaz verildi<b style="color:red"></b>

Regionların Sosial-iqtisadi İnkişafı üzrə Dövlət Proqramlarının tələbi əsasında əvvəllər mavi yanacaq təchizatı olmayan, xüsusilə dağlıq ərazilərdəki kəndlərə qaz xətləri çəkilişi uğurla həyata keçirilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ərəfəsində Daşkəsən rayonunun Quşçu, Quşçu-körpü və Daşkəsən-qəsəbə yaşayış məntəqələrinə tarixdə ilk dəfə təbii qaz verilib. Bu əlamətdar hadisənin sevincini bölüşmək üçün rayon rəhbərliyi, ictimiyyətin nümayəndələri, qaz verilən kənd və qəsəbələrin sakinləri birgə təntənələrə qatılıblar.

İndiyədək mavi yanacağı olmayan bu qəsəbələrə qaz çəkilişinin başa çatmağı münasibətilə keçirilən görüşdə çıxış edənlər Daşkəsənin bu dağlıq məkanında bu gün hiss olunan sevincli anları respublikamızın hər bir guşəsində yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan köklü işlərin daha bir nümunəsi kimi dəyərləndiriblər. Tədbirdə ictimaiyyət nümayəndələri, əlaqədar qurumların təmsilçiləri, sadə kənd sakinləri yerlərdə sadə insanların rifahının yüksəldilməsi üçün göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq bildiriblər.

Ümumilikdə 284 abonenti olan Quşçu, Quşçu-Körpü və Daşkəsən-qəsəbə yaşayış məntəqələrinə uzunluğu 14,2 min metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir evə sayğac, fərdi tənzimləyici quraşdırılıb.

Sakinlərin alqışları altında rayonun Quşçu, Quşçu-körpü və Daşkəsən qəsəbələrinə ilk dəfə təbii qaz verilməsinin rəmzi olan məşəl alovlandırılıb.

Zakir MURADOV, Daşkəsən

 





27.12.2019    çap et  çap et