525.Az

Nazir müavini: "Differensial ƏDV-nin tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır"


 

Nazir müavini: "Differensial ƏDV-nin tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır"<b style="color:red"></b>

"Azərbaycanda differensial ƏDV-nin tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır".

"APA-Economics"in məlumatına görə, bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

"Biz differensial ƏDV-nin tətbiqinin əleyhinə deyilik. Sadəcə tətbiq edə bilmirik, çünki uçot düzgün deyil. Birinci növbədə uçot məsələsi həll olunmalıdır. Daha sonra isə bu istiqamətdə addım atılmalıdır. Çünki uçot problemi həll edilmədən differensial ƏDV-nin tətbiqi daha çox problem yarada bilər. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq", - deyə nazir müavini bildirib.

 





27.12.2019    çap et  çap et