525.Az

Azərbaycanda parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 bildiriş çap ediləcək


 

Azərbaycanda parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 bildiriş çap ediləcək<b style="color:red"></b>

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bildirişlərin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri, və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni , forması, sayı  və hazırlanması qaydası müzakirə edilərək qəbul olunub.

İclasda çıxış edən MSK katibi Arifə Muxtarova qeyd edilib ki, Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 ədəd bildiriş çap ediləcək.

 





28.12.2019    çap et  çap et