525.Az

Parlament 4 günlük iş rejiminə başlayır


 

Parlament 4 günlük iş rejiminə başlayır<b style="color:red"></b> Bu gün Milli Məclisin növbəti plenar iclası başlayır. Lent.az-ın məlumatına görə, bu gün başlayacaq iclaslar 4 gün davam edəcək.
 
Noyabrın 12, 13, 14 və 15-də keçiriləcək iclaslarda gələn ilin dövlət büdcəsinə dair müzakirələr aparılacaq.
 
Sessiyaların gündəliyində 6 məsələ müzakirə ediləcək.
 
Bunlar “2014-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələridir.
 





12.11.2013    çap et  çap et