525.Az

“Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 387 600 bülleten çap ediləcək”


 

“Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 387 600 bülleten çap ediləcək”<b style="color:red"></b>

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub.

“Report”un xəbərinə görə, bu barədə iclasda MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, məsələ səsəverməyə çıxarılıb və fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib: “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd seçki bülleteni çap ediləcək”.

 





04.01.2020    çap et  çap et