525.Az

Sabahdan "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş günü başlayır


 

Sabahdan "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş günü başlayır<b style="color:red"></b>

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tətilə çıxan “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü bu gün başa çatır.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-də 6 günlük tətil başa çatır və yanvarın 6-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2019-cu ilin dekabrın 31-dən 2020-ci ilin yanvarın 5-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

 





05.01.2020    çap et  çap et