525.Az

SEPAH komandanı ABŞ-ın regionda mövcudluğuna son qoyacaqlarını vəd etdi


 

SEPAH komandanı ABŞ-ın regionda mövcudluğuna son qoyacaqlarını vəd etdi<b style="color:red"></b>

"Tehranın Qasım Süleymaninin öldürülməsinə verəcəyi cavabla ABŞ-ın regionda mövcudluğuna son qoyulacaq".

APA-nın IRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Hüseyn Salami bildirib.

İranlı komandanın sözlərinə görə, SEPAH qisas alacaq: “Bu qisasın vaxtı və miqyası hələ məlum deyil”.

O qeyd edib ki, ABŞ həmişə öz səhvləri üzündən sarsıdıcı məğlubiyyətlərə düçar olub: “Vaşinqtonun tərəfini tutan hər kəs müsəlman dünyasının düşməni sayılacaq”.

SEPAH komandanı həmçinin əlavə edib ki, ABŞ-ın bölgəni tərk etməsi ilə Yaxın Şərqdə rifah, təhlükəsizlik və sabitlik hökm sürəcək.

 





05.01.2020    çap et  çap et