525.Az

“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıtdı


 

“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıtdı<b style="color:red"></b>

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

“Buta Airways”dan “APA-Economics”ə verilən məlumata görə, yerli vaxtla saat 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.

 

 





06.01.2020    çap et  çap et