525.Az

MTV AVropa Musiqi Mükafatı təqdim olundu


 

MTV AVropa Musiqi Mükafatı təqdim olundu<b style="color:red"></b>

Bazar günü Amsterdamda keçirilən "MTV Europe Music Awards"ın mükafatlandırma gecəsinin qalibləri kanadalı müğənni Castin Biber və amerikalı müğəni Ketti Perri olub.

525.az-ın Türkiyə mediasına istiandən verdiyi məlumata görə, məşhur kanadalı müğənni Castin Biber "MTV Europe Music Awards"ın mükafatlandırma gecəsində yenidən "ilin ən yaxşı müğənnisi" adına layiq görülüb.

Gecədə cəmi 16 mükafat nominasiyası olub. Qaliblər isə tamaşaçıların səs verməsi nəticəsində müəyyənləşdirilir. Ötən il 3 mükafata layiq görülmüş Biber bu il isə cəmi bir "İlin ən yaxşı müğənnisi" nominasiyasını qoruyub saxlaya bilib.

Qadın müğənnilər arasında isə izləyicilər Keti Perrini "İlin qadın müğənnisi" seçiblər. "İlin ən yaxşı mahnı"sı mükafatı isə adı isə müğənni Bruno Marsın "Locked Out of Heaven" adlı mahnısına verilib.

Dünya şöhrətli müğənni Beyons isə "Ən yaxşı canlı ifa" nominasiyasına layiq görülüb.

 





12.11.2013    çap et  çap et