525.Az

Bakı Biznes Univeristetində təlim keçirilib


 

Bakı Biznes Univeristetində təlim keçirilib<b style="color:red"></b> Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən "Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" (EQAC) adlı Erasmus+ layihəsi çərçivəsində universitetin professor-müəllim heyətinin iştirakı ilə keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknyte-Petreikiene tərəfindən bir günlük təlim keçirilib.

Təlimdə tələbələrin tədris prosesinə daha aktiv cəlb edilməsini təmin edən müasir tədris metodları, qiymətləndirmə  və mənimsəmə nəticələri, onların müəyyənləşdirilməsi qaydaları haqqında real nümunələr əsasında təqdimat keçirilib. Bundan əlavə, tələbəmərkəzli yanaşmanın əsas xüsusiyyətlərindən biri olan və fəaliyyətlərin effektivliyinin müəyyənləşdirilməsinə imkan verən sorğu və geri bildirim sisteminin vacibliyi haqqında müzakirələr də aparılıb.

Daha sonra professor-müəllim heyəti qruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlayaraq nümayiş etdiriblər.

Təlim sual-cavab diskussiyası ilə davam etdirilib və müzakirələr aparılıb.
 





08.01.2020    çap et  çap et