525.Az

Baş Prokurorluq 225 min manatlıq yeyinti ilə bağlı məlumat yaydı


 

Baş Prokurorluq 225 min manatlıq yeyinti ilə bağlı məlumat yaydı<b style="color:red"></b> Baş Prokurorluq “Rəvan Sığorta” ASC-nin baş mühasibi barəsində cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
 
ASC-nin baş mühasibi vəzifəsində işləmiş Nazim Zeynalovun, cəmiyyətin sığorta üzrə satış menecerləri tərəfindən ayrı-ayrı müştərilərdən toplanmış 1 milyon 106 min manat məbləğində sığorta haqlarının 881 min 194 manatını cəmiyyətin xəzinəsinə təhvil verməklə qalan 224 min 843 manat məbləğində pulu mənimsəməsində şübhələr üçün əsaslar olduğundan N.Zeynalova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
 
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 





12.11.2013    çap et  çap et