525.Az

ATƏT PA Azərbaycanda növbədənkənar parlament seçkilərinə müşahidə missiyası göndərəcək


 

ATƏT PA Azərbaycanda növbədənkənar parlament seçkilərinə müşahidə missiyası göndərəcək<b style="color:red"></b>

“ATƏT Parlament Assambleyası (PA) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycana seçki müşahidə missiyası göndərmək niyyətindədir”.

Bunu APA-ya ATƏT PA-nın mətbuat xidmətinin rəhbəri Nat Perri deyib.

O bildirib ki, müşahidə missiyasının göndərilməsi məsələsi hələ planlaşdırma mərhələsindədir.

“Ona görə də Parlament Asambleyasının müşahidəçilər heyətinin neçə nəfərdən ibarət olacağını söyləmək çətindir. Lakin iki il əvvəl keçirilən prezident seçkiləri üçün təxminən 50 müşahidəçimiz Azərbaycana səfər etmişdi. Çox güman ki, bu seçkidə də oxşar rəqəm olacaq. Bildiyiniz kimi, tərəfdaş təşkilatımız ATƏT/DTİHB 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçinin yerləşdirilməsini tövsiyə edib”, - deyə ATƏT PA-nın sözçüsü qeyd edib.

 





08.01.2020    çap et  çap et