525.Az

Hikmət Hacıyev Fransada səfərdədir


 

Hikmət Hacıyev Fransada səfərdədir<b style="color:red"></b>

Azərbaycan Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada səfərdədir.

APA-nın xəbərinə görə, bu barədə Hikmət Hacıyev "Twitter" səhifəsində bildirib.

“Fransaya səfərim çərçivəsində Yelisey Sarayı və Fransa Xarici İşlər Nazirliyindən olan həmkarlarla görüşmək imkanım oldu. Ölkələrimiz arasındakı siyasi dialoqa və ənənəvi dostluğa əsaslanan münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün geniş imkanlar mövcuddur”, - deyə Hikmət Hacıyev qeyd edib.

1 / 3

 





08.01.2020    çap et  çap et