525.Az

Putin: "Türk axını" Avropanın enerji təhlükəsizliyini təmin edəcək


 

Putin: "Türk axını" Avropanın enerji təhlükəsizliyini təmin edəcək<b style="color:red"></b>

Rusiya qazının "Türk axını" vasitəsi ilə tədarükü Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına kömək edəcək.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin İstanbulda keçirilən "Türk axını" qaz kəmərinin açılış mərasimində çıxışında bildirib.

"Rusiya qazının "Türk axını" vasitəsi ilə tədarükü şübhəsiz təkcə Türkiyə və Qara dəniz regionunun iqtisadiyyatı üçün deyil, bir çox cənubi Avropa ölkəsinin inkişafına müsbət təsir göstərəcək, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin güclənməsinə kömək edəcək", - deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda "Türk axını" qaz kəmərinin rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla yanaşı, Serbiya Prezidenti və Bolqarıstanın Baş Naziri də iştirak ediblər.

 





08.01.2020    çap et  çap et