525.Az

Baş Nazir Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib


 

Baş Nazir Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Ukraynanın Baş Naziri Oleksiy Qonçaruka başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda deyilir ki, Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri onu olduqca kədərləndirib.

Ə.Əsədov bu faciə ilə əlaqədar ukraynalı  həmkarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

 





08.01.2020    çap et  çap et