525.Az

Azərbaycanda 4200-dən çox əlyazma kitabının elektron variantı var


 

Azərbaycanda 4200-dən çox əlyazma kitabının elektron variantı var<b style="color:red"></b>

Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Elektron kitabxanasının bazasında 4 250 (982 700 səh.) əlyazma kitabı var.

Bu barədə Trend-ə institutdan məlumat verilib.

İnstitutdan bildirilib ki, 2019-cu il ərzində elektron kitabxananın yaradılması və elektron kataloqun formalaşması üzrə işlər davam edib. Ötən il ərzində 633 nüsxə (218 208 səh.) əlyazma skan edilib. Hazırda əlyazmaların elektron kataloqunun bazasını 10 907 yazı təşkil edir.

 

 





08.01.2020    çap et  çap et