525.Az

Yol polisi Badamdardakı sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib


 

Yol polisi Badamdardakı sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib<b style="color:red"></b>

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları bu gün səhər saatlarında Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib.

“Report”un xəbərinə görə, ərazidə olan əməkdaşlar bildirib ki, sürüşmə ilə əlaqədar olaraq sürücülər alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etsinlər.

 





09.01.2020    çap et  çap et