525.Az

Paşinyan mətbuat katibini vəzifəsindən azad edib


 

Paşinyan mətbuat katibini vəzifəsindən azad edib<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat katibi Vladimir Karapetyanın vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir ki, “Dövlət qulluğu haqqında” qanun rəhbər tutularaq Vladimir Karapetyan baş nazirin mətbuat katibi vəzifəsindən azad edilsin.

Qeyd edək ki, V.Karapetyan baş nazirin mətbuat katibi vəzifəsinə 2019-cu il yanvarın 29-da təyin edilmişdi.

 





09.01.2020    çap et  çap et