525.Az

Millimizin oyunçusundan qalmaqallı addım


 

Millimizin oyunçusundan qalmaqallı addım<b style="color:red"></b>

"Erzgebirge"də çıxış edən millimizin futbolçusu Dmitri Nazarov Azərbaycanda narazılıq doğuracaq addım atıb.

Qol.az xəbər verir ki, o, Almaniyada erməni bərbər Ovik Manukyana müraciət edib.

Almaniyanın blick.de saytı yazır ki, bu barədə O.Manukyanın özü məlumat verib. Ermənistandan Almaniyaya iş qurmaq üçün gəldiyini söyləyən bərbər ilk tanınmış müştərisinin məhz millimizin üzvü olduğunu söyləyib:

"Yeni iş yerimi açdıqdan cəmi iki gün sonra məşhur müştərim oldu. Bu, "Erzgebirge"nin futbolçusu Dmitri Nazarov idi".

 





09.01.2020    çap et  çap et