525.Az

Keçən il Dövlət Məşğulluq Xidməti tərəfindən 103 mindən çox şəxs münasib işlə təmin edilib


 

Keçən il Dövlət Məşğulluq Xidməti tərəfindən 103 mindən çox şəxs münasib işlə təmin edilib<b style="color:red"></b>

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 103 min 28 işsiz və işaxtaran şəxs münasib işlə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Ötən il ərzində nazirliyin xətti ilə ümumilikdə 3 min 400-ə yaxın şəxs (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 3 min 168 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 227 nəfər) peşə hazırlığına cəlb olunub.

“İşsizin DOSTu” proqramı isə ötən il 38 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi ilə ödənişli işlə təminatına imkan verib.

Keçən il 56 rayon və şəhərdə əmək yarmarkaları keçirilib. Yarmarkalarda 1324 müəssisə iştirak edib və 15 min 183 vakant iş yeri təqdim edilib. 3 min 411 nəfərə münasib iş yerlərinə göndəriş verilib, 298 nəfərin peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb, 311 nəfər isə öz istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib.

Ötən il ərzində xidmət tərəfindən 135 minədək gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar verilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçmələri məqsədilə peşəyönümü xidməti göstərilib.

 





09.01.2020    çap et  çap et