525.Az

Şahzadə Harri və həyat yoldaşı kral ailəsindəki yüksək vəzifələrindən imtina ediblər


 

Şahzadə Harri və həyat yoldaşı kral ailəsindəki yüksək vəzifələrindən imtina ediblər<b style="color:red"></b>

Sasseks hersoqu, şahzadə Harri və həyat yoldaşı Meqan Markl Britaniya kral ailəsindəki yüksək vəzifələrindən imtina etdikləri, iqtisadi cəhətdən müstəqil olmaq üçün çalışacaqlarını açıqlayıblar.

Harri və Meqan İnstaqram hesablarından vaxtlarının çoxunu Britaniya ilə Amerika arasında keçirəcəklərini qeyd ediblər.

Onlar Britaniya və Şimali Amerikada yaşasalar da, Kraliça və İngilis Millətlər Birliyi qarşısında, həmçinin himayə etdikləri yerlər üzərindəki öhdəliklərini də yerinə yetirəcəklərini vurğulayıblar.

Harri və Meqan gələcəkdə xeyriyyə cəmiyyəti yaratmağı planlaşdırdıqlarını bildiriblər. Onların konkret olaraq hansı vəzifələrdən imtina etdikləri hələ ki, məlum deyil.

 





09.01.2020    çap et  çap et