525.Az

Özəl telekanallar ödənişli seçkiqabağı təşviqatda iştirak etməyəcək


 

Özəl telekanallar ödənişli seçkiqabağı təşviqatda iştirak etməyəcək<b style="color:red"></b>

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulan KİV-lər məlum olub.

APA-nın Mrəkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün 30 agentlik və sayt, 9 qəzet və bir televiziya müraciət edərək qeydiyyatdan keçib.

Ödənişli təşviqatda telekanallardan yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti iştirak edəcək. Özəl telekanallar ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün müraciət etməyib.

 





09.01.2020    çap et  çap et