Rusiya Miqrantlar Federasiyasının rəhbərlərindən biri olan azərbaycanlı Mais Qurbanova bu gecə atəş açılıb.
"Anspress" Rusiya mətbuatına istinadən bildirir ki, hadisə noyabrın 12-də onun Moskvada onun yaşadığı Novokosino rayonunda yerli vaxtla saat 01:30-da baş verib.
Moskva polisinin verdiyi məlumata görə, naməlum adam məlum olmayan travmatik silahla onun kürək nahiyəsinə atəş açıb. Hazırda hadisə ilə bağlı cinayət işi açılıb. Rusiya Miqrantlar Federasiyasının başçısı Məhəmməd Əmin atəş açanların dörd nəfər gənc olduğunu bildirib. Mais Qurbanov özü də polisə ifadə verib və ona güllə atanları təsvir edib. Onun sözlərinə görə, atəş açan qız olub.
Mais Qurbanov hazırda xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta ağır dəyərləndirilir, amma aldığı yara üzündən xeyli qan itirib. Millətçilik əleyhinə çıxışları ilə tanınan Qurbanov internet vasitəsi ilə radikal rus millətçilərindən indiyə kimi çox təhdid alırdı.
çap et