525.Az

Malidə hərbi düşərgəyə hücum nəticəsində BMT-nin 18 sülhməramlısı yaralanıb


 

Malidə hərbi düşərgəyə hücum nəticəsində BMT-nin 18 sülhməramlısı yaralanıb<b style="color:red"></b>

Malidə hərbi düşərgəyə minaatanlarla edilən hücum nəticəsində BMT-nin 18 sülhməramlısı və 2 mülki şəxs yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Kidal regionunda yerləşən Tessalit hərbi düşərgəsində baş verib. Hücum zamanı düşərgəyə 15 mərmi atılıb.

Qeyd edək ki, bu düşərgədə əsasən BMT-nin Çad taboru yerləşir.

 





09.01.2020    çap et  çap et