525.Az

“Vikipediya”da Gəncənin tarixi məhəllələri ilə bağlı məqalələr yaradılıb


 

“Vikipediya”da Gəncənin tarixi məhəllələri ilə bağlı məqalələr yaradılıb<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatında yaradılan “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Gəncə ilə bağlı məqalələrin zənginləşdirilməsi prosesi davam etdirilir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində Gəncənin tarixi, həmçinin Cuhudlar, Ozan, Çaylı, Daş körpü, Aşıqlar, Səfərabad, Dördyol, Dəmirçilər və İmamlı məhəllələri haqqında məqalələr yaradılıb.

Məqalələrdə qədim məhəllələrin məşhur şəxsləri, tayfaları və sakinlərin məşğuliyyətləri haqqında maraqlı məlumatlar yer alıb.

“Vikipediya”da bu istiqamətdə məqalə yaradılması prosesi davam edir.

 





10.01.2020    çap et  çap et