525.Az

TürkPA Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək


 

TürkPA Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək<b style="color:red"></b>

Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidə missiyası göndərəcək.

“Report”un məlumatına görə, hazırda müşahidə missiyasının tərkibi müəyyənləşdirilir. Missiyanın tərkibinə təşkilatın hər bir üzv ölkəsindən 2 nəfərin daxil olacağı məlumdur.

TürkPA məqsədi türkdilli ölkələr arasında parlamentlərarası münasibətlər mexanizminin formalaşdırılması, siyasi görüşlərin yaxınlaşması, informasiya mübadiləsi, türk mədəniyyətinin təbliği, iqtisadi əlaqələrin genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi, türk dünyasının problemlərinin həlli yollarının tapılması olan parlament birliyidir. 2008-ci il noyabrın 21-də İstanbulda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentləri sədrlərinin konfransında Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması haqqında Saziş imzalanıb.

 





10.01.2020    çap et  çap et