525.Az

Zakir Həsənov Bolqarıstanın ölkəmizdəki səfiri ilə görüşüb


 

Zakir Həsənov Bolqarıstanın ölkəmizdəki səfiri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstan Respublikasının ölkəmizdəki səfiri Nikolay Yankov ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunulub, bu əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini qeyd edib.

 





10.01.2020    çap et  çap et