525.Az

Azərbaycanda fiziki şəxslərin problemli kreditləri ilə bağlı Fərmanın ikinci hissəsinin icrası üçün 269 mln. manat ayrılıb


 

Azərbaycanda fiziki şəxslərin problemli kreditləri ilə bağlı Fərmanın ikinci hissəsinin icrası üçün 269 mln. manat ayrılıb<b style="color:red"></b>

Prezident İlham Əliyev ötən ilin fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası ilə bağlı 900 mindən çox insan kompensasiya prosesinə cəlb olunub.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov sahibkarlarla görüşü zamanı deyib.

Onun sözlərinə görə, bütövlükdə bu günə valyuta kreditləri üzrə 645 mln. manat məbləğində kompensasiya ödənilib.

O, əlavə etdi ki, sözügedən Fərmanın ikinci hissəsində bütövlükdə 17 min manata qədər olan əhalinin kreditlərinin restrukturizasiyası proqramı nəzərdə tutulurdu və bu proqrama 269 mln. manat həcmində güzəştli şərtlərlə olan vəsait ayrılıb.

 





10.01.2020    çap et  çap et