525.Az

Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edilib


 

Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edilib<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinə müdir təyinatı olub.

"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 10-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Gözəl Rəşadət qızı Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, G.Şahməmmədova bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

 





10.01.2020    çap et  çap et