525.Az

Almaniya şirkəti Azərbaycanda dəmir yollarının yenidən qurulmasından yazıb


 

Almaniya şirkəti Azərbaycanda dəmir yollarının yenidən qurulmasından yazıb<b style="color:red"></b>

Almaniyanın “SSF Ingenieure” şirkətinin internet səhifəsində “Azərbaycanda böyük layihənin başlanğıcı” başlığı ilə dərc edilən məqalədə Azərbaycanda dəmir yollarının Yalama-Sumqayıt hissəsinin yenidən qurulmasından söhbət açılır.

AZƏRTAC xəbər verir ki, məqalədə Sumqayıt ilə Rusiya sərhədində yerləşən Yalama məntəqəsini birləşdirən, Xəzər dənizi sahili boyunca uzanan 172 kilometrlik dəmir yolu xəttinin köhnəlməsi və zamanın tələblərinə cavab verməməsi ilə əlaqədar dövlət səviyyəsində bu xəttin yenidən qurulmasına dair qərarın qəbul edildiyi bildirilir. Yenidənqurma proqramı çərçivəsində dəmir yolu xətti infrastrukturunun yenilənməsinin və yeni dəmir yolu xətlərinin çəkilməsinin nəzərdə tutulduğu qeyd olunur. Yeni çəkiləcək dəmir yollarında sürətin sərnişin qatarları üçün 140 kilometrdədək, yük qatarları üçün isə 80 kilometrədək artırılmasının nəzərdə tutulduğu vurğulanır.

“SSF Ingenieure” şirkətinin Almaniyanın “Kocks Consult” şirkəti ilə birgə müvafiq işlərin vaxtında yerinə yetirilməsinə və xətlərin çəkilməsinə nəzarət edəcəyi, müqavilələrin tezliklə imzalanmasının nəzərdə tutulduğu diqqətə çatdırılır.

 





10.01.2020    çap et  çap et