525.Az

OPEC+ formatının nazirlərin növbəti görüşünün tarixi açıqlanıb


 

OPEC+ formatının nazirlərin növbəti görüşünün tarixi açıqlanıb<b style="color:red"></b>

Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) daxil olan və olmayan ölkələrin energetika nazirlərinin növbəti görüşü (OPEC+ formatı) martın 6-da keçiriləcək.

“Report”bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, martın 5-də isə OPEC ölkələrinin növbədənkənar iclası keçiriləcək. Həmçinin iyunun 9-da Vyanada (Avstriya) OPEC ölkələrinin sayca 179-cu növbəti iclası, iyunun 10-da isə OPEC+ Nazirlər Komitəsinin növbəti iclası olacaq.

Xatırladaq ki, neft ixrac edən 24 ölkə 2017-ci ilin iyun ayında OPEC+ formatını təşkil edərək dünya üzrə neft hasilatını əlaqələndirir. 2019-cu ilin iyul ayında həmin format çərçivəsində gündəlik hasilatı 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barel azaltmaq barədə razılıq əldə edilmişdi ki, bunun 812 min bareli OPEC ölkələrinin payına düşür. Həmin razılaşmanın müddəti bu ilin mart ayının sopnunadək uzadılıb. Eyni zamanda ötən ilin dekabr ayında hasilatı 1,2 milyon barel yox, 1,7 milyon barel azaltmaqla bağlı yeni razılaşma əldə edilib.

 





10.01.2020    çap et  çap et