525.Az

Gürcüstan DİN Saakaşvili ilə bağlı istintaq aparacaq


 

Gürcüstan DİN Saakaşvili ilə bağlı istintaq aparacaq<b style="color:red"></b>

Gürcüstanın Daxili İşlər Nazirliyində (DİN) bu ölkənin sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı istintaq aparılacaq.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, DİN istintaqın M. Saakaşvilinin ötən il iyunun 20-də Tbilisidə baş verən polis-vətəndaş qarşıdurması ilə bağlı səsləndirdiyi fikirləri ilə bağlı aparılacağını açıqlayıb. Nazirlikdən bildirilib ki, sabiq prezidentin ötən gün yerli mediada yayılan fikirləri onun qarşıdurma ilə birbaşa əlaqəsi olmasına dair şübhələr yaradır.

"Bu açıqlama ötən il iyunun 20-də Mixeil Saakaşvilinin bilavasitə iştirakı və rəhbərliyi ilə ölkə hakimiyyətini devirmək üçün cəhd edildiyini deməyə əsas verir. Bu bəyanatla əlaqədar müvafiq istintaq aparılacaq və məsələyə müvafiq hüquqi qiymət veriləcək", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, M. Saakaşvili ötən gün  iyunun 20-də ölkənin “Gürcü Arzusu” partiyasının hakimiyyətinə son vermək üçün tarixi anı itirdiyini deyib və hadisənin iştirakçısı olan siyasi liderlərə öz dəstəyini ifadə edib.

 

 





13.01.2020    çap et  çap et