525.Az

Lerikdə 10 gün əvvəl itkin düşmüş şəxsin meyiti meşədə tapılıb


 

Lerikdə 10 gün əvvəl itkin düşmüş şəxsin meyiti meşədə tapılıb<b style="color:red"></b>  Lerik rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb.

525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 12-də Lerik rayonu Vamazqon kəndinin meşə zolağında üzərində zorakılıq əlamətləri görünməyən 35-40 yaşlı kişi meyiti tapılıb. Araşdırmalar zamanı onun noyabrın 2-də itkin düşmüş həmin kənd sakini Cəbrayıl Liftiyev olması müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 





13.11.2013    çap et  çap et