525.Az

Dövlət bayrağı qaldırılarkən dövlət himninin ifasına dair prosedur müəyyənləşib


 

Dövlət bayrağı qaldırılarkən dövlət himninin ifasına dair prosedur müəyyənləşib<b style="color:red"></b>

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması  (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın təsdiq edilməsi barədə  qərarında dəyişiklik edib.

APA-nın məlumatına  görə, dəyişiklik dövlət himninin ifa edilməsi ilə bağlıdır. Beləliklə,  Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən, Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunu ilə müəyyən ediləcək.

 





13.01.2020    çap et  çap et