525.Az

Azərbaycanın elektrik enerjisi ixracı artıb


 

Azərbaycanın elektrik enerjisi ixracı artıb<b style="color:red"></b>

2019-cu ildə ölkədən 1 milyard 770,6 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac olunan elektrik enerjisinin dəyəri 76,8 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycandan 1 milyard 397,3 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 65,6 milyon dollar təşkil etmişdi.

 





14.01.2020    çap et  çap et