525.Az

İngilis dilində tirajla pulsuz hüquq dərsliyi çap edilib


 

İngilis dilində tirajla pulsuz hüquq dərsliyi çap edilib<b style="color:red"></b> Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ingilis dilində hüquq dərsliyi çap edib.

525.az-ın məlumatına görə, kitab Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi “Yeni hüquq ədəbiyyatı” layihəsi çərçivəsində çap olunub. Hüquq üzrə fəlsəfə doktoru Etibar Əliyevin müəllifi olduğu kitab “International transport law” (“Beynəlxalq nəqliyyat hüququ”) adlanır.

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin Azərbaycan Hüquqşünasları  Konfederasiyası ilə əməkdaşlığı nəticəsində  1300 tirajla çap edilən kitab pulsuz olmaq şərtilə gənc hüquqşünaslar, tələbələr, hüquq sahəsi üzrə təlim keçirən QHT-lərə, həmçinin digər aidiyyatı qurum və şəxslərə paylanacaq.

Dərsliyin cildində “YARAT!” Müasir İncəsənət Məkanının rəssamı Ramal Kazımovun əsəri yer alıb ki, bu da incəsənətlə hüququn harmoniyasını yaratmaqla yanaşı, həm də hüququn müasir incəsənətə verdiyi dəstəkdir. Bu, sənətin populyarlaşması, sənətin bütün təbəqələr tərəfindən qəbuluna, tanınmasına töhfələr verir, sənətin, gənc rəssamlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
 





13.11.2013    çap et  çap et