525.Az

Bu gün seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır


 

Bu gün seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır<b style="color:red"></b>

Bu gün - yanvarın 15-də Milli Məclisə seçkilərlə əlaqədar hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır.

Secki-2020.az saytı xəbər verir ki, bu barədə “Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nda qeyd edilib.

Seçki Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, dairə və məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalanadək hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.

Xatırladaq ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-na təyin edilib.

 





15.01.2020    çap et  çap et