525.Az

Ukrayna MSK-nın üzvləri Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər


 

Ukrayna MSK-nın üzvləri Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər<b style="color:red"></b>

Ukrayna Mərkəzi Seçki Komissiyasının üzvləri fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcəklər.  Secki-2020.az saytının xəbərinə görə, bu barədə Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Ukrayna MSK-nın iki üzvü fevralın 7-10-da Azərbaycanda olacaq, seçkiöncəsi vəziyyəti və səsvermə prosesini müşahidə edəcək. Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasında da görüş keçirəcək ukraynalı qonaqlar seçkinin yekunlarına dair rəylərini açıqlayacaqlar. (AZƏRTAC)

 





15.01.2020    çap et  çap et